Bugünün kombini
Günə dolabından bir seçimlə başla.
SƏNİN ŞƏXSİ STİL ASSİSTENTİN
AINAM süni intellektlə məhsulları analiz edir, şəxsi stilinə uyğunluğunu göstərir, onları üzərində canlandırır və dolabındakı parçalarla yeni kombinlər yaradır.
Sənin stilin. Sənin dolabın. Sənin seçimin.



Bəyəndiyin parçanı daha yaxından tanı.
MƏHSUL YOXLAMASI
Mağazada bəyəndiyin məhsulun şəklini çək. AINAM məhsulu tanısın və onu şəxsi stilin, rəng seçimlərin, istifadə məqsədin və dolabındakı məhsullarla müqayisə etsin.
ÜZƏRİNDƏ GÖSTƏR
Seçdiyin geyim və aksesuarların sənin üzərində necə görünəcəyini AINAM ilə əvvəlcədən gör. Məhsulları müqayisə et və qərarını daha rahat ver.
Gör. Müqayisə et. Öz seçimini et.



Ən yaxşı başlanğıc: artıq sahib olduqların.
ŞƏXSİ KOLLEKSİYAN
Geyimlərini, ayaqqabılarını və aksesuarlarını AINAM dolabına əlavə et. Sevimli parçalarını saxla, istifadəni izlə və hər məhsuldan daha çox faydalan.
KOMBİNLƏR
AINAM sahib olduğun məhsulları bir-biri ilə uyğunlaşdıraraq stilinə, məqsədinə və şəraitə uyğun kombinlər təklif edir.
Kombinləri kəşf et
GÜNDƏLİK STİLİN
Dolabın və geyinmə tarixçən seçimlərinə yeni bir baxış verir. Sevimli kombinlərinə qayıt, unudulan parçalarını yenidən kəşf et və gününə uyğun görünüş seç.
Günə dolabından bir seçimlə başla.
Bəyəndiyin görünüşləri bir yerdə saxla.
Çoxdandır geyinmədiyin parçalara yenidən bax.
Şəraitə uyğun parçaları nəzərdən keçir.
MODA & TRENDLƏR
Moda dünyasındakı yenilikləri izlə, yeni görünüşlər kəşf et və gələcəkdə öz kombinlərini AINAM icması ilə paylaş.
Necə işləyir
NİYƏ AINAM?
AINAM nəticələri sənin profilinə və dolabına görə fərdiləşdirir.
Mövcud geyimlərindən daha çox kombin yaratmağa kömək edir.
Məhsulu üzərində görərək qərar verməyi asanlaşdırır.
Dolab, kombinlər, məhsul yoxlaması və moda ilhamı eyni tətbiqdə.
AINAM-A YAXINDAN BAX






DAHA RAHAT SEÇİMƏ DOĞRU
AINAM ilə məhsulları yoxla, dolabını ağıllı idarə et və sənə uyğun görünüşlər yarat.
Mağaza keçidləri tezliklə əlavə olunacaq.
